Xəbər lenti

Hadisə Səbail rayonu, Bibiheybət qəsəbəsində qeydə alınıb.
Rauf Behbudov 8-ci Polis Bölməsinə şikayət edərək bildirib ki,  N.Quliyev küçəsi 50-də yerləşən şirniyyat sexindən qapını açmaqla 5000 min manat pul olan seyf, bir də müşahidə kamerasını oğurlanıb. Oğurluq yerinə gələn polis bölməsinin əməkdaşları əl-barmaq izlərini götürüblər, hadisə şahidlərini dindiriblər. Məlum olub ki, naməlum oğru və ya oğrular müşahidə kameralarını məhz izi itirmək məqsədi ilə aparıblar. 
Faktla bağlı Səbail RPİ-nin İstintaq Şöbəsində cinayət məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.(ölkə.az)

 




Ana səhifəyə qayıt        Baxış: 760          Tarix: 16-07-2018, 16:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma