Xəbər lenti

 Xaçmaz rayonunda 5 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz-Bakı yolunun Hülövlü kəndi ərazisində hərəkətdə olan avtomobilin dayanmış avtomobilə arxadan çırpılması nəticəsində 5 nəfər yaralanıb. Yaralanan şəxslər bunlardır:

Niftiyeva Şabikə Ələkbər qızı (1960),

Quliyeva Sənəm Hacıbala qızı (1947),

Cavadova Xədicə Ramazan qızı (1962),

Ağayev Nadir Şahali oğlu (1969),

Həmidova Zemfira Sərxan qızı.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər və vəziyyətləri qənaətbəxş hesab olunur.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır.




Ana səhifəyə qayıt        Baxış: 446          Tarix: 3-08-2018, 11:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma