Xəbər lenti

Bakıda ruhi xəstə itkin düşüb.

Trend-in məlumatına görə, hadisə avqustun 3-də baş verib.

Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Səfərova Lətifə Adıgözəl qızı Xətai rayon Polis İdarəsinin 34-cü polis bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, avqustun 3-də saat 18:15 radələrində Xətai rayonu, H.Mahmudov küçəsi 15 ünvanında onunla birlikdə yaşayan 1960-cı il təvəllüdlü baldızı, ruhi xəstə olan Mustafayeva Ofelya Şahib qızı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı Xətai rayon 34-cü polis bölməsində araşdırma aparılır.

 




Ana səhifəyə qayıt        Baxış: 739          Tarix: 4-08-2018, 15:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma