Xəbər lenti

 Sumqayıt şəhərində yol qəzası olub. Hadisə Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində qeydə alınıb.

Belə ki, yüksək sürətlə hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yol kənarındakı dəmir maneələrə çırpılıb. Nəticədə iki nəfər - 1959-cu il təvəllüdü Zakir İsmayıl oğlu Məhərrəmov və onun həyat yoldaşı, 1964-cü il təvəllüdlü Kərimət Soltan qızı Məhərrəmova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.




Ana səhifəyə qayıt        Baxış: 577          Tarix: 8-08-2018, 13:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma