Xəbər lenti

Bloqqer Mehman Hüseynovun vaxtından əvvəl şərti azadlığa buraxılması ilə bağlı müraciət üzrə məhkəmənin vaxtı açıqlanıb.

“Report”un məlumatına görə, Qaradağ Rayon Məhkəməsində keçiriləcək iclas avqustun 24-nə təyin edilib.

Məhkəmə hakim Rəşad Məmmədovun icraatına verilib.

Qeyd edək ki, M.Hüseynovun anası Firəngiz Hüseynova avqustun 6-da vəfat edib. Ona anasının yas mərasimində iştirak etmək üçün icazə verilmişdi və müvəqqəti azadlığa buraxılmışdı.

Xatırladaq ki, M.Hüseynov 2017-ci ilin martın 3-dən həbsdədir. O, Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Qərar Nəsimi rayon Polis idarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında etdiyi şikayət əsasında çıxarılıb.

Bloqqer Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham olunub.

 




Ana səhifəyə qayıt        Baxış: 349          Tarix: 17-08-2018, 17:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma