Xəbər lenti

Sabirabadda “Mercedes” markalı mikroavtobusla “KamAZ” markalı yük maşının toqquşması nəticəsində 6-sı qadın olmaqla 8 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Polad Toğayı kəndi ərazisində baş verib. Yaralılar Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 




Ana səhifəyə qayıt        Baxış: 450          Tarix: 28-09-2018, 12:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma