Xəbər lenti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən növbəti reyd keçirilib. 

Strateq.az ETSN-ə istinadən bildirir ki, reyd zamanı Şəmkir və Yenikənd su anbarlarının  sol sahillərində icazəsiz balıq ovlayan şəxslər saxlanılıb: “Araşdırma zamanı icazəsiz ov edən şəxslərin Şəmkir rayon sakini Elşən Əhmədov və  Gəncə şəhər sakini Nüsrət  Eminov olduğu müəyyən edilib. Onlardan müxtəlif növ balıqlar, ov alətləri, rezin və taxta qayıq götürülüb.

Balıq ehtiyatına vurulan ziyan hesablanaraq təqsirkarlar barəsində  ümumilikdə 847 manat məbləğində iddia qaldırılıb.

Dəyən ziyan cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Su Nəqliyyatında Polis İdarəsinə göndərilib”.

 




Ana səhifəyə qayıt        Baxış: 489          Tarix: 2-10-2018, 13:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma