Xəbər lenti

Lənkəran rayonunda yerləşən Qızılağac qoruğunda qanunsuz ov edən Masallı rayon sakinləri 28 yaşı Elmir Cəfərov və 31 yaşlı Maqsud Məcidov ərazidə xidmət aparan polis əməkdaşlarına tabesizlik göstərərək onlara ov tüfəngi ilə hədə-qorxu gəliblər.

“Report”un xəbərinə görə, görülən tədbirlər nəticəsində həmin şəxslər saxlanılıblar.

Onlardan 2 ədəd ov tüfəngi, 50-yə yaxın patron və qanunsuz olaraq ovladıqları çöl quşları aşkarlanıb.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

 




Ana səhifəyə qayıt        Baxış: 500          Tarix: 11-10-2018, 16:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma