Xəbər lenti

 

Goranboy rayonunda ağır yol qəzası baş verib.

Hadisə oktyabrın 11-də saat 8 radələrində rayonun Aşağı Ağcakənd kəndi ərazisində qeydə alınıb.

Belə ki, Goranboy rayonununZeyvə kənd sakini Kamran Quliyevin idarə etdiyi "Niva” və Börü kənd sakini Şaiq Sadıqzadənin idarə etdiyi "VAZ-21015” markalı avtomobillər toqquşub, K.Quliyev idarəetməni itirdiyindən avtomobili yolun kənarındakı boruya vurub. Nəticədə K.Quliyevin sərnişinlərindən Zakir Səmədov hadisə yerində ölüb, özü və digər 4 sərnişini xəstəxanaya yerləşdirilib.

Xocalı rayon Polis şöbəsitərəfindən araşdırma aparılır.

 




Ana səhifəyə qayıt        Baxış: 403          Tarix: 12-10-2018, 19:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma