Xəbər lenti

Şəmkir rayonunun yol qəzası baş verib.

“Report”un Qərb bürosunun məlumatına görə hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Zəyəm kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “VAZ-2106” və “Lada Priora” markalı minik avtomobilləri toqquşub. Nəticədə Şəmkir rayonunun Zəyəm kənd sakini, 1931-ci il təvəllüdlü Hacı Musayev və Tovuz rayon sakini, 1993-cü il təvəllüdlü Gülnar Qasımova müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Həkimlərin səyinə baxmayaraq, H.Musayevin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

 




Ana səhifəyə qayıt        Baxış: 372          Tarix: 20-10-2018, 15:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma