Xəbər lenti

 

Bakıda marşrut avtobusu ruhi əsəb xəstəsini vuraraq öldürüb.

Ovqat.com xəbər verir ki, Qafqazinfo-nun verdiyi xəbərə görə, oktyabrın 19-u saat 22 radələrində “İ-Qafqaz” MMC-yə məxsus 211 saylı marşrut xətti ilə hərəkət edən avtobus “Meyvəli” bazarının qarşısında piyadanı vurub və həmin şəxs hadisə yerində vəfat edib.

Araşdırma zamanı məlum olub ki, vəfat edən şəxs 1986-cı il təvəllüdlü, ruhi əsəb xəstəsi Süleyman Nəbiyevdir.

Hadisə zamanı qəzanı törədən sürücü 1962-ci il təvəllüdü Ağayev Fərhad Əliqulu oğlunun idarə etdiyi avtobusda sərnişin olmayıb. O, avtobusu qaraja aparırmış.




Ana səhifəyə qayıt        Baxış: 580          Tarix: 20-10-2018, 19:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma