Xəbər lenti

 

Gəncə şəhərində 18 yaşlı qız itkin düşüb.

Trend-in məlumatına görə, hadisə Heydər Əliyev prospektində baş verib.

Həmin prospektdə ev 57, mənzil 2-də yaşayan Tekin İlahə Ağa qızı polisə müraciət edərək bildirib ki, onunla birgə yaşayan qızı, 2000-ci il təvəllüdlü Sevinc Qarayeva noyabrın 1-də evdən çıxıb və bir daha geri qayıtmayıb.

Qadın bildirib ki, S.Qarayeva əvvəllər də itkin düşüb və polis tərəfindən tapılıb.

Faktla bağlı araşdırma aparılır.

 

 




Ana səhifəyə qayıt        Baxış: 474          Tarix: 3-11-2018, 16:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma