Xəbər lenti

 

Hadisə miqrasiya şöbəsinin binasında baş verib

İstintaqçı qızın qrup şəklində zorlamasında şübhəli bilinən Başqırdıstan polisləri məhkəmənin həbs qərarından narazılıq edib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, şübhəlilərin vəkilləri Apellyasiya məhkəməsinə müraciət edib. Ancaq şikayətin baxılma tarixi hələ müəyyən edilməyib.

Qeyd edək ki, oktyabrın 30-da Ufa rayonunun polis rəisi Eduard Matveyev, Karmaskalin rayonu polis rəisi Salavat Qaliyev və Ufa rayonu polis idarəsinin miqrasiya şöbəsinin rəisi Pavel Yaromçuq 23 yaşlı polis əməkdaşına təcavüz edib.

Hadisə miqrasiya şöbəsinin binasında baş verib. Zərəçəkən polis əməkdaşı Başqırdıstan DİN-nin strukturlarından birinin rəisinin qızıdır.

Hadisə ilə bağlı "Zorlama" və "Seksual xarakterli zorakılıq hərəkətləri" maddəsi ilə cinayət işi açılıb. Şübhəlilər artıq daxili işlər orqanlarından azad edilib.






Ana səhifəyə qayıt        Baxış: 330          Tarix: 6-11-2018, 19:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma