Xəbər lenti

“Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olmuş məlumat əsasında, idarənin “Mazımçay” gömrük postunda Gürcüstandan Azərbaycana gələn, Türkiyə vətəndaşına məxsus “Mercedes-Benz” markalı avtomobil saxlanılıb”.

Strateq.az Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, yoxlamadan öncə vətəndaş üzərində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük orqanına bəyan edilməmiş hər hansı predmetin, o cümlədən narkotik vasitələrin olmadığını bildirsə də, baxış zamanı onun əynindəki qolsuz dəri gödəkçənin cibində, üzəri yapışqanlı lentlə bağlanmış kağız bükülüdə, təxmini çəkisi 10 qram olan narkotik vasitə – marixuana aşkarlanıb.

 




Ana səhifəyə qayıt        Baxış: 238          Tarix: 8-11-2018, 15:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma