Xəbər lenti

Gəncə şəhərində intihar hadisəsi baş verib.

“Report”un Qərb bürosunun məlumatına görə, Daşkəsən rayon sakini, 1960-cı il təvəllüdlü Brilliant Abbasova Gəncə şəhərində yaşadığı evin çardağından özünü mələfə ilə asaraq intihar edib.

Onun özünü öldürməsinin səbəbi hələlik məlum deyil.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

 




Ana səhifəyə qayıt        Baxış: 492          Tarix: 10-11-2018, 13:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma