Xəbər lenti

Zaqatala rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Yuxarı Tala kəndi ərazisində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, Oruc Abdulməcid oğlu Şabanov edarə etdiyi “Naz-Lifan” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən piyada,Yuxarı Tala sakini, 22 yaşlı Məryəm Nəriman qızı Həmzəyevanı vurub.

Yaralı qadın Zaqatala Mərkəzi Rayon Xəstəxanasına çatdırlıb. Xəstəxanada ona ağır kəllə beyin travması və beyinin əziyi diaqnozu qoyulub. Onun müalicəsi xəstəxananın Reanimasiya şöbəsində aparılır, vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır/Report.

 




Ana səhifəyə qayıt        Baxış: 425          Tarix: 15-11-2018, 16:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma