Xəbər lenti

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Aliyə Həbibovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə A.Həbibovanın hadisəni anlaqsız vəziyyətdə törətdiyi müəyyən edilib və həmin şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilib. O, 1 saylı Respublika Psixatiriya Xəstəxanasına göndərilib.

İttihama görə, ötən il noyabrın 4-də Binəqədi rayonu, 8-ci mikrorayon, Cəfər Xəndan küçəsində ailə münaqişəsi zəminində A.Həbibova atası, 1956-cı il təvəllüdlü Cəmşid Salxakinin başından balta ilə vurub. C.Salxakin kəsilmiş-çapılmış xəsarətlərlə xəstəxanaya çatdırılıb. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

Daha sonra A.Həbibova Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

 




Ana səhifəyə qayıt        Baxış: 20          Tarix: 5-12-2018, 14:43      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent