Xəbər lenti

Azərbaycanın məhkəmə orqanları Qırğızıstan Dövlət Gömrük Xidmətinin sabiq sədri Adamkul Junusovun həbsi və ekstradisiyasına sanksiya verib.

Trend-in məlumatına görə, A.Junusov bəzi prosedurların rəsmiləşdirilməsindən sonra Bişkekə göndəriləcək. Qeyd olunur ki, A.Junusov Qırğızıstanı tərk etdikdən sonra ABŞ-da gizlənib və dekabrın əvvəli Bakıya gəlib.

O, dekabrın 4-ü Bakı aeroportunda saxlanılıb. A.Junusov avqustun 28-i beynəlxalq axtarışa verilmişdi. O. vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.

 




Ana səhifəyə qayıt        Baxış: 298          Tarix: 10-12-2018, 17:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma