Xəbər lenti

 

Gürcüstanın Axalkalaki rayonunda Azərbaycan vətəndaşı saxlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Saxlanılan 1989-cu il təvəllüdlü T.Q. adlı şəxs “İnterpol”un “qırmızı xətti” ilə axtarışda olub. Azərbaycan vətəndaşı qəsdən qətl törətməkdə şübhəli bilinir. O, 2015-ci ildən axtarışda olub.

Saxlanılan şəxsin Azərbaycana ekstradisiya olunması istiqamətində ilkin tədbirlər həyata keçirilir.




Ana səhifəyə qayıt        Baxış: 430          Tarix: 28-07-2019, 17:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma