Xəbər lenti

 

Əfqanıstanda fəaliyyət göstərən “Taliban” hərəkatının başçısi Heybətulla Axundzadənin kiçik qardaşının qonşu Pakistanın cənub-qərb hissəsində İslam mədrəsəsində törədilən bomba hücumu zamanı ölən dörd nəfər arasında olduğu bildirilir.

Hərbi qaynaqlar “Amerikanın Səsi”nə Əhmədulla Axundzadə kimi tanınan şəxsin Bəluçistan əyalətinin paytaxtı Kvetta yaxınlığındakı Kuçlak bölgəsində seminariya məscidində bomba atıldığı zaman cümə namazı qıldığın təsdiqləyıb.

Əfqanıstanın ABŞ-ın dəstəklədiyi hökumətinə qarşı üsyan edən “Taliban” liderləri və döyüşçüləri üçün gizli sığınacağa çevrilmiş Pakistan əyalətindəki hücuma görə heç kəs məsuliyyəti öz üzərinə götürməyib. Pakistanın regional polis idarəsinin məmuru Əbdül Rəzzaq Çima jurnalistlərə partlayış zamanı ibadət edən 24 nəfərin də yaralandığını bildirib.

Onun dediyinə görə, partlayıcı qurğu namaz duasını oxuyan mollanın kürsüsünün altına qoyulub, partlayışı törətmək üçünsə saat mexanizmindən istifadə edilib. Polis məmuru həlak olanların şəxsiyyətləri barədə məlumat verməyib.

Son vaxtlar Əfqanıstanda hökumətlə “Taliban” arasında sülh danışıqları aparılır, lakin tərəflər razılığa gələ bilmirlər. Əfqanıstan ərazisinin bir hissəsi bu radikal-islamçı hərəkatın nəzarəti altındadır. (Virtualaz.org)




Ana səhifəyə qayıt        Baxış: 41          Tarix: 17-08-2019, 23:02      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent