Xəbər lenti
Dünən, 21:04
Dünən, 17:11

 

Musavat.com-un Rusiya mediasına istinadən verdiyi xəbərə görə, erməni əsilli Artur Atabekyana “oğru səlahiyyətləri” verməsi ilə bağlı həbsxanaya göndərilən “proqona” “Quli”nin də adı yazılıb ki, bu da azərbaycanlı “qanuni oğru”nun ciddi narazılığına səbəb olub. “Quli” hazırda Tver bölgəsindəki həbsxanalardan birində olan Artur Atabekyana heç bir dəstək vermədiyini bəyan edib və adının “proqona” onun izni olmadan yazılmasına görə izahat istəyib. 

Qeyd edilir ki, bu, Arturun kriminal güc kimi təsdiqlənməsi üçün edilən ikinci cəhddir. Avqustun əvvəlində “Şakro Molodoy” bu təşəbbüsü blok edib. Arturun namizədliyini vaxtilə Ded Xasanın kurasiya etdiyi “Kutaisi qruplaşması” dəstəkləyir. “Quli” də bu qruplaşmaya dəstək verib. Amma onlar “Quli”nin izni olmadan “oğru məktubuna” onun da adını yazmaqla ciddi səhvə yol veriblər. 

İddia olunur ki, “Quli” bildirib ki, indi bu cür məktublu bəyanatların yeri deyil. “Quli” bildirib ki, əvvəla, erməni kriminalla iradlar var və bu həll edilmədən onun kriminal aləmin yüksək mərtəbəsinə qəbulu yolverilməzdir. İkinci tərəfdən, indi Rusiyada “qanun i oğru”lara qarşı böyük bir savaş başlayıb və bu cür müzakirələr yersizdir. “Quli” sonda bildirib ki, "mənsiz istədiyinizi yaza və istədiyinizi edə bilərsiz".

“Quli”nin demarşından məyus olduqlarını gizlətməyən "Kutaisi" klanın bundan sonra nə edəcəyi ciddi maraq doğurur. Bildirilir ki, “Quli” indi bu yaxınlarda azadlığa buraxılan Tariel Oniani (“Taro”) və Merab Suximski ilə yaxınlaşmaqda maraqlıdır. 




Ana səhifəyə qayıt        Baxış: 39          Tarix: 19-08-2019, 16:48      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent