Xəbər lenti

 

Avqustun 19-da Mordoviyanın Saransk şəhərində baş verənlər qonşuları dəhşətə gətirib.Hadisə yerinə polis işçiləri çağrılıb.

Bizimyol.info Rusiya mətbuatına istinadən xəbər verir ki, 37 yaşlı ata 5 aylıq uşağını üçüncü mətəbədən yerə atmağa çalışıb.Sərxoş ata arvadını evdən qovduqdan sonra evdə olan məişət əşyalarını pəncərədən bayıra tullamağa başlayıb.Daha sonra vəhşiləşmiş ata qızından da eyni üsulla yaxa qurtarmaa alışıb və onu da balkondan atmaq istəyib.

Hadisə yerinə gələn sahə müvəkkili uşağı xilas etmək üçün qonşu mənzilin balkonuna dırmanır.Həmin müddətdə əraziyə gəlmiş yanğınsöndürən briqada balkonun altında təhlükəsizlik örtüyü açıb. Balkona çıxmış sahə müvəkkili Vasili Martınov qəzəblənmiş kişidən yumruq zərbəsi alsa da uşağı xilas edə bilib. Hadisədən sonra sərxoş ata saxlanılıb. Körpə isə anası ilə birlikdə xəstəxanaya göndərilib. İndi şəhərdə qəhrəman elan edilmiş gənc polis jurnalistlərə belə deyib: “Özümü qəhrəman saymıram. Bu mənim işimdir.Polisin işi isə hər zaman risklərlə bağlı olur. İnsanların həyatını xilas etmək mənim missiyamdır”.




Ana səhifəyə qayıt        Baxış: 250          Tarix: 20-08-2019, 21:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma