Xəbər lenti

 

Səhiyyə Nazirliyi Bakının Binəqədi rayonunda bıçaqlanan iki bacının səhhəti barədə məlumat yayıb.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, gecə saatlarında çoxsaylı bıçaq xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılan 30 yaşlı Ruhəngiz Mahmudova və 32 yaşlı Roza Mahmudovaya həkimlər bədənin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu qoyublar.

Bildirilib ki, xəstələrə lazımi tibbi yardım göstərilib. Hazırda vəziyyətləri qənaətbəxş qiymətləndirilir, həyatları üçün təhlükə yoxdur.




Ana səhifəyə qayıt        Baxış: 533          Tarix: 3-09-2019, 11:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma