Xəbər lenti

 

Xaçmazda yük avtomobili yanıb.

APA-nın şimal bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Yergüc kəndində qeydə alınıb. 59 yaşlı Bəşirov Taleh Çərkəz oğlunun idarə etdiyi 10-BJ-406 dövlət qeydiyyat nişanli "ZİL-131" markalı yük avtomobil qəfildən alışıb. Alovun söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Xaçmaz Dövlət Yanğından Mühafizə hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Avtomobilin kabina hissəsi, mühərrik hissəsi və qabaq təkərləri yanıb.

Yanğının səbəbləri araşdırılır. 




Ana səhifəyə qayıt        Baxış: 316          Tarix: 5-09-2019, 16:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma