Xəbər lenti

 

Daxili İşlər Nazirliyi (DİN) Xaçmazda piyadanın ölümüylə nəticələnən yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.

DİN-in Mətbuat xidmətindən "Report"a bildirilib ki, sentyabrın 5-də saat 20 radələrində Xaçmaz rayonunun Qusarçay kəndi ərazisində Nabran kənd sakini M.Orucov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən kənd sakini İslam Cəmiyevi vurub.

Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.




Ana səhifəyə qayıt        Baxış: 373          Tarix: 6-09-2019, 13:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma