Xəbər lenti

 

Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, Xaçmaz-Yalama yolunun 39-cu kilometrliyində - Qusarçay kəndi ərazisindən keçən hissəsində “Hyundai Sonata” markalı, 90 MF 156 dövlət qeydiyyat nişanlı avtomobil Qusarçay kənd sakini, 1956-cı il təvəllüdlü Canıyev İslam İbrahimxəlil oğlunu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Bildirilir ki, hadisəni törədən avtomobili sürən şəxs Xaçmazın Nabran kənd məktəbinin direktoru Mirbala Orucov olub.

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.




Ana səhifəyə qayıt        Baxış: 468          Tarix: 6-09-2019, 14:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma