Xəbər lenti

 

Bakıda qadını bıçaqla hədələyərək boyunbağısını götürən qardaşlar hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqla ittiham edilən 1997-ci il təvəllüdlü Nurlan Həsənzadə və 1999-cu il təvəllüdlü Ruslan Həsənzadənin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Eldar Ismayılovun sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, Nurlan və Ruslan qardaşdır. Onlar ilk dəfədir ki, məhkumluq həyatı yaşayırlar.

İttihama görə, qardaşlar aprelin 28-də Bakı şəhər sakini X.Əhmədovaya hücum edərək onun boyunbağısını alıblar.

Hadisə Binəqədi rayonunda A.Kunanbayev küçəsində baş verib. Qardaşlar qadına qarşı zor tətbiq edərək qızıl boyunbağısını alıblar. Onlardan biri qadına bıçaq çəkib, digəri isə arxadan boyunbağını açaraq götürüb.

Onlar ilkin ifadəsində bu əməli borclarının olduğu üçün etdiklərini söyləyiblər. Qardaşlar ələ keçirdikləri boyunbağını 1500 manata sataraq öz aralarında bölüblər. Başqa bir şəxsə borclu olduqları 350 manatı isə evdə saxlayıblar. Lakin pulu qaytarmağa imkan tapmadan polis onları yaxalayıb.

Onlara qarşı Cinayət Məcəlləsinin 181.2.5-ci (quldurluq; silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə ilə irəli sürülmüş ittiham öz təsdiqini taparsa onların hər birini 8 ildən 12 ilədək cəza gözləyir.




Ana səhifəyə qayıt        Baxış: 346          Tarix: 8-09-2019, 18:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma