Xəbər lenti

 

Balakən rayonunda narkotik alveri ilə məşğul olan mütəşəkkil dəstə tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, narkotik vasitə ilə tutulmuş E.Mustafayevin, B.Qoradayevin, Z.Dibirovun N.Dibirovun ətrafında Balakən rayon polis şöbəsində araşdırma aparılıb.

Əməliyyat tədbirləri ilə onların Gərəkli kənd sakini R.Dibirov, Mahamalar kənd sakini S.Malaxov, Y.Malaxov, M.Mehdiyev, R.Muquşov, O.Muquşov, M.Dibirov və E.Nusalovla birgə Zaqatala rayonu ərazisində kultivasiya yolu ilə yetişdirdikləri 130 ədəd çətənə kolu, 13,2 kiloqrama yaxın qurudulmamış, 2,6 kiloqram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Əməliyyat-axtarış tədbirləri ilə R.Muquşov, O.Muquşov və M.Mehdiyev də saxlanılıblar.




Ana səhifəyə qayıt        Baxış: 289          Tarix: 9-09-2019, 11:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma