Xəbər lenti

 

Məcburi köçkünlər üçün salınmış qəsəbədəki mənzildən oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Deprtamentindən Xocavənd rayon polis şöbəsinə məcburi köçkünlər üçün salınmış qəsəbədəki mənzillərin birindən oğurluq olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar müvafiq tədbirlər görülüb, hadisə yerinə baxış keçirilib.

Həmin mənzildən 350 manat dəyərində 1 ədəd su qızdırıcısının oğurlandığı müəyyən edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum edilmiş Razin Cəfərov saxlanılıb.

Oğurlanmış su qızdırıcısı maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.




Ana səhifəyə qayıt        Baxış: 232          Tarix: 12-09-2019, 17:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma