Xəbər lenti

 

Sentyabrın 17-də, saat 21:00 radələrində Nəsimi rayonu, Vaqif prospektində qəza törədən Ramal Məmmədov barədə bəzi məlumatlar üzə çıxıb.

Ovqat.com Publika.az-a istinadən xəbər verir ki, hadisəni törədən 1987-ci il təvəllüdlü Ramal Məmmədov banklardan birində çalışıb. O, həm də atasına məxsus olan tikinti biznesinə nəzarət edirmiş.

Bildirilir ki, "Volksvagen Passat CC” markalı 10-GN-002 dövlət qeydiyyat nişanlı avtomobillə piyada zolağında yolu keçən 1994-cü il təvəllüdlü Gülgün Əmiraslanlını vurub öldürən Ramal Məmmədov lüks həyata meylli olub və vaxtının böyük hissəsini gəzintilərdə, gecə klubu və çay evlərində keçirib. Onun maşınla vurub öldürdüyü 25 yaşlı Gülgün isə Bakı Hava Limanında "Asan Viza"da çalışıb.

Qeyd edək ki, faktla bağlı Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.




Ana səhifəyə qayıt        Baxış: 342          Tarix: 19-09-2019, 15:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma