Xəbər lenti

 

İki gün əvvəl Bakıda faciəvi şəkildə dünyasını dəyişən gənc qızla bağlı bəzi təfərrüatlar məlum olub. 


Saytına daxil olan məlumata görə, Ramal Məmmədovun idarə etdiyi "Volkswagen Passat” markalı 10-GN-002 dövlət qeydiyyat nişanlı avtomobilin vuiraraq öldürdüyü 25 yaşlı Gülgün Əmiraslanlı Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Nərimanov şöbəsinin rəisi Saday Abdullayevin qızıdır.


S.Abdullayev əvvəllər Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyin Aparatının Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri işləyib.  


Xatırladaq ki, hadisə sentyabrın 17-də, saat 21:00 radələrində Nəsimi rayonu, Vaqif prospektində baş verib. Ramal Məmmədovun idarə etdiyi "Volkswagen Passat” markalı 10-GN-002 dövlət qeydiyyat nişanlı avtomobillə piyada zolağında yolu keçən 25 yaşlı Gülgün Əmiraslanlını vurub.


Criminal.az saytı dəhşətli qəzanın görüntülərini də əldə edib. Video görüntülərdən görünür ki, N.Əmirazlanlı işıqforun yaşıl işığıının yanmasını gözləyir və avtomobillərin hərəkəti dayandıqdan sonra yolu keçmək istəyir. Bu zaman işıqforun qırmızı işığına məhəl qoymayan və yüksək sürətlə hərəkət edən "Volkswagen Passat” G.Əmiraslanlını vurur. Zərbənin təsirindən G.Əmiraslanlı hadisə yerindən bir neçə metr kənara düşür. O, aldığı xəsarətlərdən dünyasını dəyişir. 


Faktla bağlı Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. R.Məmmədov şübhəli şəxs qismində saxlanılıb. \\Criminal.az 

 




Ana səhifəyə qayıt        Baxış: 371          Tarix: 19-09-2019, 21:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma