Xəbər lenti

 

Bakıda 42 yaşlı kişinin itkin düşməsi ilə bağlı yeni məlumat əldə edilib. 

Bununla bağlı Oxu.Az-a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib. 

Bildirilib ki, bu il avqustun 31-də, saat 11:00-da 1977-ci il təvəllüdlü Abbasov Fəxri Həsən oğlu evdən çıxıb və bir daha geri qayıtmayıb. Kişi Gülüstan küçəsində yerləşən evdə yaşayıb. O, 90-VZ-826 dövlət nömrə nişanlı “Volksvagen Passat” markalı avtomobilinə minərək gedib.

Sentyabrın 18-də görülən axtarış tədbirləri nəticəsində müstəntiqlər sözügedən avtomobili saxlayıblar, amma avtomobili idarə edən başqası - 1979-cu il təvəllüdlü Hüseynov Bəhruz Bəhmən oğlu olub. B.Hüseynov polisə maşını Fəxri Abbasovdan aldığını, amma onun hara getdiyini bilmədiyini deyib. 

Hazırda itkin düşən F.Abbasovun axtarışı davam etdirilir. Hələlik onun haqqında məlumat yoxdur.

10:24

Binəqədidə 42 yaşlı kişi itkin düşüb.

Oxu.Az-ın məlumatına görə, hadisə Binəqədi rayonu, Gülüstan küçəsində baş verib.

Həmin küçədə yaşayan 1987-ci il təvəllüdlü Abbasova Ayurə Bəylər qızı hüquq-mühafizə orqanlarına ərizə ilə müraciət edərək, həyat yoldaşı 1977-ci il təvəllüdlü Abbasov Fəxri Həsən oğlunun ötən gün saat 11:00-da özünə məxsus “Volksvagen Passat” markalı, 90 VZ 826 dövlət nişanlı avtomobillə evdən çıxdığı və bir daha geri qayıtmadığı barədə məlumat verib. 

Faktla bağlı araşdırma aparılır.

 




Ana səhifəyə qayıt        Baxış: 40          Tarix: 20-09-2019, 14:22      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent