Xəbər lenti

 

Qaradağ rayon sakininin avtomobili qaçırılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinə müraciət edən Sahil qəsəbə sakini E.Cəfərov sentyabrın 30-da saat 21 radələrində qəsəbə ərazisindən “BMW” markalı avtomobilinin qaçırıldığını və İsmayıllı rayonu ərazisində yol-nəqliyyat hadisəsinin törədilməsini bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Qəbələ rayon sakini Ə.Osmanlı saxlanılıb.




Ana səhifəyə qayıt        Baxış: 375          Tarix: 3-10-2019, 12:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma