Xəbər lenti

 

Gəncədə 26 yaşlı qadın itkin düşüb.

"Report"un xəbərinə görə, hadisə oktyabrın 4-də şəhərin Z.Bünyadov küçəsində baş verib.

Belə ki, 1993-cü il təvəllüdlü Aysel Ələkbərova yaşadığı mənzildən azyaşlı uşağını bağçadan götürmək adı ilə çıxıb, naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.

Faktla bağlı Gəncə şəhər Kəpəz Polis Şöbəsi tərəfindən araşdırma aparılır.




Ana səhifəyə qayıt        Baxış: 338          Tarix: 7-10-2019, 10:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma