Xəbər lenti

 

Tərtər rayonunda ahıl kişi bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. 

"Report"un Qarabağ Mərkəzinin məlumatına görə, hadisə Kəngərli kəndində qeydə alınıb. 

Belə ki, həmin kəndin sakini, 1949-cu il təvəllüdlü Əhliman Tapdıqov bıçaq xəsarəti ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib. Yaxınları onun yıxılaraq bıçaq xəsarəti aldığını bidiriblər. Onun vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.




Ana səhifəyə qayıt        Baxış: 454          Tarix: 14-10-2019, 17:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma