Xəbər lenti

 

"Hər il dünyada 67 min yeniyetmə özünə xəsarət yetirərək dünyasını dəyişir".

''Report'' xəbər verir ki, bunu UNİSEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin Ümumdünya Psixi Sağlamlıq Gününə həsr olunmuş konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, son dövrlərdə dünyada psixi sağlamlıq məsələləri və cəmiyyətə təsiri barədə çox müzakirələr aparılır: "Fikrimcə, bu sahədə görüləcək tədbirlər barədə düşünməliyik. Psixi çətinliklərlə üzləşən uşaq və gənclərin poroblemləri, onlarla bağlı müvafiq həllərin görülməsi bizim üçün vacibdir. Hər il dünyada 67 min yeniyetmə özünə xəsarət yetirərək dünyasını dəyişir. Yeniyetmələrin hər onuncusunun özünə xəsarət yetirmə cəhdi olub. Ümumiyyətlə, daha yuxarı yaş qız və oğlanlarda intiharlar ölümə səbəb olan əsas amillər arasındadır. Gənclərin müxtəlif xəstəliklərinə səbəb olan amillər arasında davranış problemləri, özü-özünə xəsarət yetirmə, depressiv amillər əsas yer tutur. Azərbaycanda bu sahədə 4 istiqamətdə iş aparılmalıdır. İlk növbədə özü özünə xəsarət yetirmə hallarının öyrənilməsi, profilaktikası üçün aparılan işlər daha da gücləndirilməlidir".

E.Karvardin bildirib ki, gənclərin və uşaqların üzləşə biləcəyi risklərin aradan qaldırılması üçün işlər görülməlidir: "Dörd istiqamətdən ilki olaraq psixi sağlamlıqıa bağlı problemlərin səbəbləri, onu təhrik edən amillər araşdırılmalıdır. Bunun üçün də gənclər, yeniyetmələr arasında təhlillər aparılmalıdır. Xüsusilə sosial media platformaları ətraflı tədqiq edilməlidir. Çünki bir çox hallarda yeniyetmələr real həyatda deyə bilmədiklərini sosial mediada yazırlar. İkincisi, bu tədqiqatlar əsasında psixi sağlamlıqla bağlı protokollar hazırlana və təkmilləşdirilə bilər. Üçüncüsü, məktəblərdə psixi sağlamlığa dəstək proqramları həyata keçirilə bilər. Dördüncü isə nazirliklər arasında işçi qrupu yaradılsın və bu qrup çərçivəsində psixi sağlamlıqla bağlı müxtəlif çətinliklər, onun səbələri araşdırılsın və çoxsaylı sektorları əhatə edən tədbirlər həyata keçirilsin".




Ana səhifəyə qayıt        Baxış: 378          Tarix: 15-10-2019, 12:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma