Xəbər lenti

 

Gürcüstanın Bolnisi rayonunun Talaveri kəndində törədilən qətlin bəzi detalları məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, əri tərəfindən ötən gecə qətlə yetirilən azərbaycanlı qadının 25 yaşı olub.

O, Bakıdan ötən gün qayıdıb.

Qonşular bildiriblər ki, cütlük son üç ay Bakıda yaşayıb və aralarında tez-tez mübahisələr olub.


***14:54

Gürcüstanın Bolnisi rayonunun azərbaycanlılar yaşayan Talaveri (Faxralı) kəndində qətl törədilib.

"Report"un yerli bürosu xəbər verir ki, kişi həyat yoldaşını qətlə yetirib.

Qətlə səbəbin qısqanclıq olduğu bildirilir.

Faktla bağlı istintaq başlayıb.

Qətlə yetirilən qadın üç azyaşlı uşaq anası olub.

Qətli törədən şəxs saxlanılıb.




Ana səhifəyə qayıt        Baxış: 403          Tarix: 17-10-2019, 16:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma