Xəbər lenti

 

Bakıda avtomobil qaçırılıb.

“Report”un xəbərinə görə, hadisə oktyabrın 11-də Suraxanı rayonu ərazisinə baş verib.

Belə ki, naməlum şəxs və şəxslər rayon ərazisində “VAZ-2107” markalı avtomobili qaçırıb.

Bununla bağlı avtomobilin sahibi Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 32-ci Polis Bölməsinin (PB) əməkdaşlarına müraciət edib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində avtomobil 6 gün sonra – oktyabrın 17-də Maştağa qəsəbəsi ərazisində tapılaraq sahibinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. 




Ana səhifəyə qayıt        Baxış: 326          Tarix: 18-10-2019, 10:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma