Xəbər lenti

 

Gəncə şəhərində 17 yaşlı gənci bıçaqlayan şəxs saxlanılıb. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisəni törədən, 17 yaşlı Elgün Məmmədovdur. 

Qeyd edək ki, hadisə çayxanada törədilib. Məlumata görə, Əzim Verdiyevlə E.Məmmədovun qohumu arasında mübahisə yaranıb. Bu zaman E.Məmmədov da mübahisəyə qoşulub və bıçaqla Ə.Verdiyevi vurub.


***00:03

Gəncə şəhərində qətl törədilib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Gəncə şəhər sakini, 2002-ci il təvəllüdlü Əzim Elşad oğlu Verdiyev döş qəfəsindən bıçaqlanıb. 

O, ağır halda xəstəxanaya aparılıb. Lakin həkimlərin göstərdikləri tibbi yardımlara baxmayaraq, Ə.Verdiyevin həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, hadisə mərhumun mübahisə etdiyi şəxsin qohumu tərəfindən törədildib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırmalara başlanılıb.




Ana səhifəyə qayıt        Baxış: 238          Tarix: 23-10-2019, 08:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma