Xəbər lenti

 

Bakı-Şamaxı-Yevlax yolunun 113-cü km-də, Şamaxının Sabir qəsəbəsində ağır avtomobil qəzası baş verib. 

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, yoldan çıxan minik maşını aşıb, nəticədə avtomobildə olan dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.  

Qəzada sürücü, Ağsu rayonu Ərəbuşağı kənd sakini, 1983-cü il təvəllüdlü Zamanov Bəhruz Məhbub oğlu, sərnişinlər, Ağsu rayon sakini 1987-ci il təvəllüdlü Qasımov Cavanşir Nizami oğlu, onun həmkəndlisi, 1982-ci il təvəllüdlü Ömərov İsmayıl Ağagül oğlu və 1969-cu il təvəllüdlü İsmiyev Malik Misir oğlu yaralanıblar. 

Onlar Şamaxı Rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdiriliblər. 

Faktla bağlı araşdırma aparılır. 




Ana səhifəyə qayıt        Baxış: 138          Tarix: 23-10-2019, 20:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma