Xəbər lenti

 

Bu gün Səbail Rayon Məhkəməsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda təqsirləndirilən 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə S.Abbasova 2 il 2 ay 14 gün (ev dustaqlığında olduğu müddət nəzərə alınmaqla) azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Ona hər gün saat 23:00-dan 07:00-a qədər yaşadığı evdən çıxmaq qadağan olunub.

Həmçinin məhkəmə S.Abbasovaya elektron qolbaq taxılması barədə hökm çıxarıb.

Bundan başqa, hökmə əsasən, zərərçəkmiş şəxsin hüquqi varisinin qaldırdığı, ümumilikdə, 100 min manatlıq mülki və mənəvi iddiadan 18 500 manat direktordan tutularaq E.Hacıyevanın anasına ödəniləcək.

Qeyd edək ki, Baş Prokurorluq Elinanın ölümü ilə bağlı məlumat yayıb. Məlumatda xatırladılıb ki, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə Bakı şəhər prokurorluğunda başlanmış cinayət işi üzrə məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.




Ana səhifəyə qayıt        Baxış: 202          Tarix: 24-10-2019, 13:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma