Xəbər lenti

 

2019-cu ilin 9 ayı ərzində respublika ərazisində 14192 təbii və texnogen mənşəli hadisə baş verib.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 622 hadisə və ya 5% çoxdur.

Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 60 nəfər ölüb, 243 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 52 nəfər xilas edilib, 1030 nəfər təxliyə olunub.

Bu il respublika ərazisində qeydə alınan yanğın hadisələri zamanı 43 nəfər ölüb, 168 nəfər xəsarət alıb. Bu da ötən ilin 9 ayı ilə müqayisədə yanğından həlak olanlar üzrə 19 nəfər və ya 31% azdır, xəsarət alanlar üzrə 41 nəfər və ya 32% çoxdur.

2019-cu ilin 9 ayi ərzində respublika ərazisində 46 partlayış hadisəsi baş verib ki, bu da 2018-cı ilin müvafiq dövrü ilə müqayisədə 1 hadisə və ya  2% çoxdur.

Partlayışlar zamanı 12  nəfər həlak olub,  72 nəfər xəsarət alıb.




Ana səhifəyə qayıt        Baxış: 198          Tarix: 24-10-2019, 16:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma