Xəbər lenti

 

Rusiyanın Arxangelski şəhərində 2016-2017-ci illərdə yoxa çıxan 3 şəxsin tapılması üçün axtarışlar dəhşətli cinayəti üzə çıxarıb.

Axtarışlar zamanı 51 yaşlı şəxs şübhəli qismində saxlanılıb. O, 3 nəfəri bıçaqlayaraq öldürdüyünü etiraf edib. Həmin şəxs qurbanlarının cəsədlərini basdırdığı yeri prokurorluq əməkdaşlarına nişan verib. Amma cəsədlər torpaqdan çıxarılarkən, dəhşətli mənzərə ortaya çıxıb.

Cəsədlərin analizi zamanı bəlli olub ki, insan sümüyü ilə yanaşı orada it və pişik sümüyü də basdırılıb. Qatil insanları öldürdükdən sonra onların ətini yediyini, yerdə qalan qalıqlarıisə torbaya dolduraraq dəfn etdiyini bildirib. Eyni zamanda əlavə edib ki, bir çox hallarda pişik və itləri yeyib, onların da sümüklərini torbaya yığaraq basdırıb.

Cinayətkat həbsxanaya göndərilib. Hazırda polis onun digər cinayətlərlə əlaqəsinin olub-olmadığını araşdırır.\\Teleqraf




Ana səhifəyə qayıt        Baxış: 319          Tarix: 29-10-2019, 19:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma