Xəbər lenti

 

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə paytaxtın Heydər Əliyev prospektində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində dörd nəfər xəsarət alıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qəza barədə məlumat təcili yardıma saat 18.34-də daxil olub.

Qəza nəticəsində xəsarət alan 27 yaşlı kişi başın kəsilmiş yarası, qapalı kəllə beyin travması, 22 yaşlı qadın qarının küt travması, daxili qanaxma ehtimalı, 27 yaşlı qız müştərək travma diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıblar.

Qəza nəticəsində yüngül xəsarət alan 32 yaşlı qıza hadisə yerində yardım göstərilib və o hospitalizasiyadan imtina edib.\\Report




Ana səhifəyə qayıt        Baxış: 332          Tarix: 16-11-2019, 23:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma