Xəbər lenti

 

Ukraynanın Donetsk şəhərində mübahisə zəminində azərbaycanlını döyərək ağır xəsarət yetiriblər.

Ovqat.com APA-ya istinadən xəbər verir ki,  xəsarət alan şəxs əslən Azərbaycanın Xaçmaz rayonundan olan, 1977-ci il təvəllüdlü Məhərrəmov Məhərrəm Şirbala oğludur.

Sentyabrın 8-də axşam saatlarında şəhərə daxil olan azərbaycanlı sürücü ilə yerli sürücülərdən biri arasında yol hərəkəti qaydalarına görə mübahisə yaranıb. Mübahisə zamanı digər avtomobildə olan iki nəfər azərbaycanlı sürücünü təhqir ediblər. Nəticədə əlbəyaxa dava düşüb. Məhərrəm Məhərrəmov onlar tərəfindən döyülüb. Onu döyən şəxslər hadisə yerindən qaçıblar.

M. Məhərrəmov Donetskdəki xəstəxanaların birinə yerləşdirilib , vəziyyəti orta ağırdır.




Ana səhifəyə qayıt        Baxış: 709          Tarix: 9-09-2017, 18:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma