Xəbər lenti

 

Las-Veqasda baş verən atışma zamanı 2 nəfərin öldüyü təsdiqlənib. APA-nın məlumatına görə, bu barədə “Reuters” yerli xəstəxanaya istinadən xəbər yayıb.

Atışma nəticəsində 24 nəfərin yaralandığı bildirilir.

Hadisənin törədən şəxsin axtarışları davam etdirilir.

***
Las-Veqasda kazinolardan birinin yaxınlığında atışma olub.

APA-nın “The Sun” nəşrinə istinadən verdiyi xəbərə görə, "Mandalay Bay Casino" ətrafında baş verən insident nəticəsində xeyli sayda ölənin olduğu bildirilir. İndiyədək 20-dən artıq şəxs xəstəxanaya çatdırılıb. 

Polisin yaydığı xəbərdarlıqda insanların həmin ərazidən uzaqlaşması xahiş olunub. Kazinoya yaxın yollarda hərəkət məhdudlaşdırılıb.

Faktla bağlı araşdırma başladılıb.




Ana səhifəyə qayıt        Baxış: 977          Tarix: 2-10-2017, 11:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma