Xəbər lenti

 

Dünən Aslan İsmayılovun Binəqədi rayon məhkəməsində dava saldığına dair məlumat yayılmışdı.

“AzPolitika”nın əldə etdiyi məlumata görə, Binəqədi Rayon Məhkəməsinin hakimi Rəşad Əliyevin icraatında olan bu işlə bağlı dünən qərar elan olunub. Hakim Aslan İsmayılovun iddiasını rədd edib. Elə insident də bundan sonra yaşanıb.

Məlumata görə, hakim Rəşad Əliyev qərarı elan etdikdən sonra A.İsmayılov əsəblərinə hakim ola bilməyib və onu təhqir edib. Hakim ona əhəmiyyət verməyərək zalı tərk etmək istəyən zaman A.İsmayılov onu paltarından tutaraq dartıb. Bu zaman Hafiz Hacıyevin nümayəndəsi araya girib və A.İsmayılovla bir-birini təhqir etməyə başlayıblar. Bundan sonra A.İsmayılov məhkəmə binasını tərk edib.

Lakin axşam 21:00 radələrində hakimin şikayəti əsasında polis Aslan İsmayılovun evinə gəlib və onu Binəqədi Rayon Polis İdarəsinə aparıblar. Gecə gec saatlaradək A.İsmayılovun ifadəsi alınıb. İstisna deyil ki, faktla bağlı cinayət işi açılıb. A.İsmayılovun bu gün də Binəqədi polisinə aparıldığı bildirilirdi.

Vəkil Aslan İsmayılov da dünənki məhkəmə prosesilə bağlı status paylaşıb. Statusunda o, iddia ərizəsinin həqiqətən də qəbul olunmadığını və hakimlə aralarında kiçik mübahisə yaşandığını etiraf edib.

Ovqat.com həmin statusun xəbərlə bağlı hissəsini təqdim edir:

“H.Hacıyevin cinayət məsuliyyətinə cəlb olunması üçün Nərimanov rayon məhkəməsinə ünvanladığım ərizəm 7 dəfə baxışa təyin olunduqdan sonra qəflətən Binəqədi məhkəməsinə göndərildi. Dünən ikinci baxış idi, hakimin qanunsuz tələbi ilə (nümayəndəm olmasına baxmayaraq) özüm də getmişdim. İşə baxış saat 9.00-a təyin olunmuşdu. Saat 9.25-də hakimin İlkin adlı köməkçisi zala daxil olub bizim gəldiyimizi, qarşı tərəfdən isə heç kimin olmadığını gördükdə şəxsən mənə "indi hakimə deyəcəm, gələcək" deyib çıxdı. Təxminən 20 dəqiqədən sonra hakimin katibi, Teymur adlı birisi gəlib bildirdi ki, artıq işə baxılıb və prosesə gəlmədiyimizdən ərizəm rədd edilib. Nə qədər tələb etsəm də, hakim zala gəlib izah vermədi. Məhkəməni bazara çevirmiş sədr də məni qəbul etməkdən imtina etdi. Ondan sonra isə işə, oradan da evə gəlmişəm. Bu vaxta qədər də heç kim məni narahat etməyib”.




Ana səhifəyə qayıt        Baxış: 1 492          Tarix: 4-10-2017, 10:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma