Xəbər lenti

 

 

ABB-nin sabiq sədri dünən “kars”dan çıxarılsa da, nə ailə üzvlərinin, nə də vəkillərinin onunla görüşünə icazə verilib.

Məlumatı Ovqat.com-a sabiq bankirin bacısı Əminə Hacıyeva verib.

Həmsöhbətimiz bunun səbəbini Cahangir Hacıyevin səhhətiylə əlaqələndirib. Bildirdiyinə görə, “kars”da saxlanıldığı bir həftə ərzində məhbusun səhhətində ciddi problemlər yarandığı barədə xəbərlər alıb: “Bizə məlumat veriblər ki, qardaşımın vədəaltı vəzində ciddi ağrılar baş qaldırıb. Nə qədər israr etsə də, 13 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyi onu təcili tibbi yardımla da təmin etməyib”.

Bu cür rəftarla nə məqsədin güdüldüyünü anlamayan Əminə xanım qardaşının soyuq və qida ilə sınağa çəkildiyini düşünür: “Bu isə nə beynəlxalq hüquq normalarına, nə də insani münasibətlərə sığmayan haldır və Cahangir Hacıyevin cəzalandırılmasının ədalətsiz olduğunu bir daha təsdiqləyir”.

Havaların soyumasına baxmayaraq, Cahangir Hacıyev isti paltarla da təmin olunmayıb. İxtisasca həkim olan Əminə xanımın bildirdiyinə görə, soyuq və qidayla sınağa çəkilən insanlarda bu cür halların yaranması gözlənilmız deyil və arzuolunmaz sağlamlıq problemlərinə yol aça bilər.

Xatırladaq ki, sabiq bankir bir sıra xəstəliklərdən də əziyyət çəkir.




Ana səhifəyə qayıt        Baxış: 1 690          Tarix: 5-10-2017, 10:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma