Xəbər lenti

“Sərt xarici şok baş vermədiyi təqdirdə növbəti ildə valyuta bazarında sabitlik qorunacaq”. Mərkəzi Bankın (MB) İdarə Heyətinin sədri Elman Rüstəmov bunu Milli Məclisdəki 2018-ci ilin dövlət büdcəsinin müzakirəsindəki çıxışı zamanı söyləyib.

Onun sözlərinə görə, cari ildə strateji ehtiyatlarımız 12 faiz, Mərkəzi Bankın ehtiyatları isə 31 faiz artıb. Beləliklə, ölkəmizin ehtiyatları 42 milyard dollara çatıb. MB rəhbəri qeyd etdi ki, manat ilin ilin əvvəlindən 4 faiz, son aylarda isə 11 faizdən çox möhkəmlənib. Eyni zamanda Neft Fondundan dövlət büdcəsinə transfertlər 3 dəfə azalıb və ehtiyatlara qənət edilib.

E.Rüstəmov Dövlət Statistika Komitəsinə istinadən bildirib ki, 2017-ci ilin 10 ayı ərzində inflyasiya 13 faizdən artıq olub. Ancaq o, inflyasiyanın daah çox xarici amillərlə əlaqədar olduğunu vurğuladı. MB sədrinin sözlərinə görə, son aylar bəzi ərzaq məhsullarının qiymətləri əhəmiyyətli dərəcədə artıb. E.Rüstəmov bildirib ki, bu artım heyvandarlıq məhsullarında da müşahidə olunub: “Odur ki, bu inflyasiya proqnozlaşdırılırdı”.
musavat.com




Ana səhifəyə qayıt        Baxış: 1 014          Tarix: 21-11-2017, 15:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma