Xəbər lenti

 Tayvan adasında zəlzələ olub.

"Report"un məlumatına görə, yeraltı təkanlar 5,2 bal gücündə qeydə alınıb.

Zəlzələ yerli vaxtla saat 22:20-də, Yunlin ərazisində baş verib.

Çinin Seysmologiya Mərkəzinin məlumatına görə, zəlzələ ocağı 44 kilometr dərinlikdə yerləşib. Tələfat və ya dağıntı barədə məlumat yoxdur.

Yunanıstanda da 4,5 bal gücündə zəlzələ baş verib.

 

APA-nın xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

 

Yeraltı təkanların episentri Saloniki şəhərindən 39 km qərbdə, ocağı 6 km dərinlikdə yerləşib.

 

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.




Ana səhifəyə qayıt        Baxış: 901          Tarix: 23-11-2017, 08:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma